"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramiz Nəsibov: “Məqsədimiz bələdiyyənin büdcə gəlirlərini iki dəfə artırmaqla bir milyon səviyyəsinə çatdırmaqdır”

--2018-01-22 / 09:07

 “Sabunçu rayon A.A.Bakıxanov bələdiyyəsinə büdcə daxil olmalarının  85 fazi  stasionar ödəniş terminallarından daxil olub”- bu fikri Belediyye.infoya Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov deyib. Sədrin sözlərinə görə, cari ildə büdcə gəlirlərimizi 2016- cı illə müqayisədə 37 faiz artırmışıq:

“2015- ci ildən” E-manat” və digər ödəniş sisteminə qoşulmağımız hesabına bələdiyyədə tam şəkildə şəffaflıq prinsipləri qorunur.

Məqsədimiz bələdiyyənin büdcə gəlirlərini iki dəfə artırmaqla bir milyon səviyyəsinə çatdırmaqdır.

Bunun üçün  bələdiyyə müəssisəsi fəaliyyətdədir. Cari ildə ölkəmizdə bələdiyyələr arasında  ilk olaraq üç ay ərzində 3200 manat bələdiyyə müəsisəsindən  mənfəət vergisi daxil olub.”

Belediyye.info

ŞƏRHLƏR